cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

“Formula-1” Bakını Mayamiyə dəyişir?

03.05.2018 13:09 Oxundu 2301

“Formula-1” rəhbərliyi Azərbaycan Qran-Prisini Mayamidə keçirilməsi planlaşdırılan mərhələ ilə dəyişmək imkanını nəzərdən keçirir.

“Formula-1” və Bakı arasındakı hazırkı müqavilə 2020-ci ildə başa çatır.

Bildirilir ki, Mayami küçələrindəki mərhələ “Formula-1” təqviminə 2019-cu ildə salına bilər. Şəhər şurası bu təklifi müsbət qiymətləndirib.

Lakin Mayami sakinləri bu təşəbbüsü bəyənməyiblər. Yarış zamanı yaranan səs-küy, həmçinin bitkilərin və yolların zədələnməsi onları qane etmir.

Hazırda “Formula-1” təqvimində ABŞ ərazisində bir mərhələ var. 2012-ci ildən etibarən yarışlar Texas ştatının Ostin şəhərində keçirilir. Oxu.az