çərşənbə axşamı, 13 noyabr 2018

Menu

çərşənbə axşamı, 13 noyabr 2018

GÜLƏŞ

Mariya Stadnik Avropa çempionatının finalında

03.05.2018 14:29

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub.

Komandamızın lideri Mariya Stadnik (50 kq) Almaniya və Rusiya təmsilçilərini tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Digər güləşçimiz Səbirə Əliyeva (76 kq) isə Macarıstan təmsilçisini məğlub edib və yarımfinala vəsiqə qazanıb.

Mariya Stadnik yarımfinal görüşündə də vaxtından əvvəl qələbə qazanmaqla adını finala yazdırıb. Həlledici görüşdə güləşçimizin rəqibi Rumıniya idmançısı olacaq.

Səbirə Əliyeva isə yarımfinalda Rusiya idmançısına uduzub və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olacaq.

59 kq çəkidə yarışan Tatyana Omelçenko da bürünc medal görüşünə çıxacaq, onun rəqibi isə Belarus idmançısı olacaq.

Oxundu: 1050

© 2018 - NSPSOLUTIONS