Bazar ertəsi, 24 sentyabr 2018

Menu

Bazar ertəsi, 24 sentyabr 2018

BIZIM FUTBOL

Qurban Qurbanovdan transfer açıqlaması

06.05.2018 12:12

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov son vaxtlar komandası ilə bağlı çıxan transfer xəbərlərinə münasibət bildirib. Təcrübəli mütəxəssis açıqlamasında əvvəlcə mövsümün sonunda komandadan göndəriləcək futbolçular haqda yayılan məlumatalara aydınlıq gətirib. O bildirib ki, hər şey çempionat bitdikdən sonra dəqiqləşəcək: "Hələ ki, komandadan göndəriləcək futbolçular tam dəqiqləşməyib. Bunlar çempionat başa çatdıqdan sonra bilinəcək. Mövsümün sonunda bu məsələlərlə bağlı qərar qəbul olunacaq".

“Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin “Qurban Qurbanov istəsə, qalacam” sözləri ilə bağlı da fikirlərini açıqlayan baş məşqçi bunları deyib: “Ansi bizim ən sonuncu danışıq aparacağımız futbolçu olacaq”.

Q. Qurbanov xeyli vaxtdır adı “Qarabağ”la hallanan Xama Billiatın məsələsinə də aydınlıq gətirib. O, zimbabveli hücumçu ilə danışıq apardıqlarını təsdiqləyib: “Hazırda bütün mövqelər üzrə danışıq apardığımız ümumi 15-20 futbolçu var. Onlardan biri də Billiatdır”.(Qol.az)

Oxundu: 333

© 2018 - NSPSOLUTIONS