şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Azərbaycan millisinin oyununu türkiyəli referi idarə edəcək

07.05.2018 15:16 Oxundu 1555

Mayın 29-da Azərbaycan və Qırğızıstanın futbol üzrə yığma komandaları arasında keçiriləcək yoldaşlıq matçını Türkiyədən olan hakimlər briqadası idarə edəcək.

Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq görüşdə Ali Palabıyık fit çalacaq.

Ona Serkan Olguncan, İbrahim Çağlar Uyarcan və Alper Ulusoy kömək edəcəklər. (Report)