Cümə, 25 may 2018

Menu

Cümə, 25 may 2018

DIGƏR NÖVLƏR

Çempionluqdan vəzifəyə gedən azərbaycanlı idmançılar - FOTO

09.05.2018 17:10

Beynəlxalq idman yarışlarında çempion olduqdan sonra müxtəlif dövlət qurumlarında vəzifəyə təyin edilən idmançılarla bağlı xəbərlər cəmiyyətdə həmişə maraqla qarşılanır.

Qeyd edək ki, son illər tanınmış idmançılar arasında vəzifəyə təyin edilənlər kifayət qədərdir.

Onların çoxu bu vəzifələrdə göstərilən etimadı doğrulda bilirlər.

Yeniavaz.com saytı dövlət qurumlarında müxtəlif vəzifələrə təyin edilmiş idmançıların siyahısını təqdim edir.

Ceyhun Məmmədov - sambo üzrə yeddiqat dünya çempionudur. 2003-cü ildə Azərbaycan Sambo Federasiyasının prezidenti vəzifəsinə təyin olunub. C. Məmmədov həm də polis əməkdaşıdır.

Təvəkkül Bayramov - taekvando üzrə Avropa çempionudur. Xeyli müddətdir gömrük orqanlarında çalışır.

Elnur Məmmədli - Pekində keçirilən Olimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionudur. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir, həmçinin Dövlət Təhlükəsizlik Xidmətində (DTX) məsul vəzifədə çalışır.

Rəsul Çunayev - güləş üzrə dünya çempionudur. Dövlət Sərhəd Xidmətində işləyir, leytenantdır.

Vitali Rəhimov - tanınmış güləşçi, müxtəlif yarışların qalibidir. Vergilər Nazirliyinin zabitidir.

Mövlud Mirəliyev - 2008-ci ildə Pekində baş tutan XXIX Yay Olimpiya Oyunlarının bürünc medalçısı, sabiq cüdoçu. Hazırda məşqçidir. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşı, mayordur.

Firdovsi Umudov - sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi, "Sərhədçi" Olimpiya İdman Mərkəzinin rəis müavini, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidentidir.

Xanım Aşurova - Yay Olimpiya Oyunlarının bürünc medalçısı, dünya çempionatının 3 qat gümüş medalçısı. Daxili İşlər Nazirliyinin hərbi qulluqçusu, mayordur.

Zülfiyyə Hüseynova - sambo üzrə 5 qat dünya çempionu, Əməkdar idman ustasıdır. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində çalışır, mayordur.

Aynur Sofiyeva - şahmat üzrə dünya çempionu, Azərbaycanın ilk beynəlxalq qrossmeysteri. Milli Məclisin deputatı olub, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışır.

Xəzər İsayev - 1986-ci ildə sərbəst güləşdə göstərdiyi yüksək nəticələrə görə SSRİ-nin Əməkdar İdman Ustası adına layiq görülüb. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, "Gömrükçü" İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovnikidir.

Niyaməddin Paşayev - Avropa çempionu, dünya çempionatının qızıl mükafatçısıdır. Sumqayıt Baş Gömrük idarəsinin əməkdaşı, gömrük xidməti kapitanıdır.

Zemfira Meftahətdinova - Stend atıcılığında Azərbaycana qızıl medal qazandırıb, "Şöhrət" ordeninə layiq görülüb. 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.

Araz Musayev - 9 dəfə kikboksinq üzrə dünya çempionu olub. Fövqəladə Hallar Nazirliyində çalışır, mayordur.

Güloğlan Cabbarov - kikboksinq üzrə 3 qat Azərbaycan, uşu-sando üzrə dünya çempionudur. Kikboksinq Federasiyasının vitse-prezidentidir.

Nazim Hüseynov - 1992-ci ildə cüdo üzrə Barselona Olimpiadasının qızıl medalını qazanaraq tarixə birinci Azərbaycanlı Olimpiya çempionu kimi düşüb. 2 qat dünya çempionudur, "Şöhrət" ordeni ilə təltif edilib. Dövlət Gömrük Komitəsində çalışır, mayordur.

Fəridə Abıyeva - Karate üzrə Avropa çempionu olub. 2017-ci ildə baş tutan İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb. Dövlət Sərhəd Xidmətində çalışır, baş leytenantdır.

Rafael Ağayev - karate üzrə 5 dəfə dünya, 10 dəfə Avropa çempionu olub. Dövlət Gömrük Komitəsində çalışır, zabitdir.

Nicat Şıxəlizadə - 17 yaşlı cüdoçular arasında Avropa Çempionatının qızıl medalçısı, Dünya Kubokunun qalibi, 20 yaşlı cüdoçular arasında Dünya Çempionu, İslam Həmrəylik Oyunlarının qızıl medalçısı. Sərhəd Qoşunlarında çalışır, kapitandır.

Rüstəm Orucov - XXXI Yay Olimpiya Oyunlarında gümüş, Avropa çempionatının qızıl medalçısıdır, "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Sərhəd Qoşunlarında çalışır, gizirdir.

Hazırladı: Nicat

Oxundu: 282

© 2018 - NSPSOLUTIONS