Region Liqasının Şimal - Şimal/Qərb Regionunun Qərb Zonasında çıxış edən "Göyəzən"in futbolçusu Şıxməmmədov Eldar Əli oğlu avtomobil qəzası keçirib.
Hadisə dünən səhər Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində baş verib.
"Mercedes" markalı mikroavtobus "Opel" və "VAZ-2106" markalı minik avtomobilləri ilə toqquşması nəticəsində 15 nəfər yaralanıb.
Onların 13 nəfəri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
"Göyəzən"in 19 yaşlı futbolçusunun qəza nəticəsində qolu sınıb və başında çapıq əmələ gəlib. Futbolçu Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Hal - hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.
video