çərşənbə axşamı, 19 mart 2024

ŞAHMAT

Ağstafada məktəblilər arasında şahmat yarışı keçirilib

10.05.2018 14:16 Oxundu 3069

Ağstafada pilot məktəblər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.

Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov bildirib ki, yarışın keçirilməsində məqsəd şahmat fənni tədris edilən pilot ümumtəhsil məktəblərində fənnin mənimsənilmə səviyyəsini artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları üzə çıxarmaq və məktəblilər arasında bu idman növünü təbliğ etməkdir.

Yarışa rayonun şahmat fənni tədris olunan 5 pilot ümumtəhsil məktəbinin şagirdləri qatılıb. Hər pilot məktəbi II, III və IV siniflərdə oxuyan 3 qız və 3 oğlan təmsil edib.

Oyunun nəticələrinə əsasən Saloğlu qəsəbə tam orta məktəbin komandası I, şəhər 1 nömrəli tam orta məktəbin komandası II və şəhər 2 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.

Qalib komandalar Təhsil Şöbəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.(AZƏRTAC)