cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Neymar “Real”da oynamaq istəyir

11.05.2018 16:27 Oxundu 1712

PSJ-nin hücumçusu Neymar karyerasını “Real”da davam etdirə bilər.

Braziliyalı futbolçu ayrılmaq istədiyini klub rəhbərliyinin nəzərinə çatdırıb. Həmçinin, Neymarın atası ilə klub arasında bu barədə danışıqlar olub.

Neymarın PSJ-yə keçərək, səhv qərar verdiyini anladığı və hələ ötən ilin dekabr ayında “Real”la əlaqə yaradaraq, karyerasını yenidən İspaniyada davam etdirmək istədiyini bildirdiyi iddia olunur.

Forvardın Paris klubunda qalıb-qalmayacağına dair qərar yuxarı dairələrdə müzakirə olunacaq. Qətər əmiri Təmim bin Həməd Al Sani üçün məsələ maliyyədən çox, prestij məsələsidi.

Neymarın “Real”a mümkün transferi 260-300 milyon avro aralığında qiymətləndirilir.