cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

İngiltərə Premyer Liqasının oyununda dava düşüb - VİDEO

11.05.2018 16:50 Oxundu 1575

İngiltərə Premyer Liqasının XXXI turundan təxirə salınmış "Vest Hem" - "Mançester Yunayted" görüşündə futbolçular arasında dava düşüb.

Meydan sahiblərinin yarımmüdafiəçisi Mark Nobl qonaq komandanın orta sahə oyunçusu Pol Pogbanın boğazını sıxmağa cəhd göstərib. Daha sonra digər futbolçular da mübahisəyə qoşulub.

Hər iki oyunçu sarı vərəqə ilə cəzalandırılıb. Matç başa çatdıqdan sonra isə onlar bir-birilərinə sarılaraq meydanı tərk ediblər.

Qeyd edək ki, "Vest Hem" - "Mançester Yunayted" qarşılaşması 0:0 hesablı heç-heçə ilə başa çatıb.

video