cümə, 19 aprel 2024

DİGƏR NÖVLƏR

“Bakı Marafonu - 2018”ə rekord sayda iştirakçı qatılacaq

12.05.2018 11:22 Oxundu 2035

“Bakı Marafonu - 2018”ə rekord sayda iştirakçı qatılacaq. Bu barədə layihənin icraçısı olan “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov məlumat verib.

O bildirib ki, marafonda iştirak üçün 17 mindən çox şəxs qeydiyyatdan keçib.

A.Əhmədovun sölərinə görə, marafona 30-dan çox şirkət də qatılacaq. Artıq qeydiyyat prosesi başa çatıb.

Qeyd edək ki, mayın 13-də keçiriləcək “Bakı Marafonu - 2018” saat 10:00-da start götürəcək.

2016-cı ildə Bakıda təşkil olunan marafona 7 min, ötən il isə 13 mindən çox şəxs qatılıb. 2017-ci ildə Gəncədə keçirilən marafonda isə 11 min nəfər iştirak edib. (Report)