Bazar ertəsi, 24 sentyabr 2018

Menu

Bazar ertəsi, 24 sentyabr 2018

BIZIM FUTBOL

AFFA-nın baş katibi: "Axırıncı yeri tutan komanda I Diviziona getməlidir"

13.05.2018 21:00

"Kəpəz"ə lisenziya müvafiq komissiyaya müraciət etdikləri üçün verilib. Lisenziyanı əziyyət çəkərək, hüquqi baxımdan alıblar".

Bunu AFFA-nın baş katibi Elxan Məmmədov Lisenziya Komissiyasının qərarını şərh edərkən deyib.

Milli assosiasiya rəsmisi Gəncə komandasının gələn mövsüm Azərbaycan Premyer Liqasında çıxış etməyəcəyinə işarə vurub:

"İdman prinsiplərinə uyğun olaraq, axırıncı yeri tutan komanda Premyer Liqadan I Diviziona getməlidir".

Baş katib "Kəpəz"in qalması və I Divizionun qalibi "Xəzər"in də gəlişi ilə 10 komandalı Premyer Liqa mümkündürmü" sualını isə belə cavablandırıb:

"Açığı, I Divizion komandaları bütün sənədləri təqdim etməyiblərsə, apellyasiya üçün verilən 10 gün vaxt ərzində heç nə dəyişə bilməz".

AFFA-nın Lisenziya Komissiyası "Qarabağ", "Qəbələ", "Neftçi", “Sumqayıt”, “Zirə”, "Keşlə", "Səbail" və "Kəpəz"lə yanaşı, I Diviziondan "Sabah" klubunun gələn mövsüm Premyer Liqada iştirakı üçün lisenziya verib. Əvəzində aşağı liqanın qalibi "Xəzər" klubu elitada çıxış etmək üçün lisenziya ala bilməyib.

Oxundu: 269

© 2018 - NSPSOLUTIONS