13.05.2018 21:30
1544
Belarusda futbolçuları daşıyan avtobus qəzaya uğrayıb.
Hadisə Kamenets - Şereşevo - Şvisloç magistralında qeydə alınıb.
2005-ci il təvəllüdlü uşaq futbolçulardan ibarət komandanı səfərə aparan avtobus başqa bir maşınla toqquşub. Nəticədə ön sıralarda oturmuş uşaqlardan biri ölüb. Daha altı futbolçu ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Yenicag.az