çərşənbə axşamı, 23 oktyabr 2018

Menu

çərşənbə axşamı, 23 oktyabr 2018

DÜNYA FUTBOLU

“Qızıl buts” kimin olacaq?

14.05.2018 11:10

2017-18 mövsümündə “Qızıl buts” mükafatını qazanacaq futbolçunun adına böyük ölçüdə aydınlıq gəlib.

“Barselona”nın lideri Lionel Messi bu mükafata çox yaxındı.

“Tanqoçu” La Liqanın XXXVII turunda “Levante” ilə qarşılaşmanı buraxmasına baxmayaraq, rəqibləri ona çata bilməyiblər.

Belə ki, İngiltərə Premyer Liqasının son turunda bir dəfə fərqlənən Məhəmməd Salah mövsümü 32 qolla tamamlayıb.

Növbəti sıralarda qərarlaşan Robert Levandovski və Harri Keynin də iştirak etdiyi çempionat başa çatıb. Çiro İmmobile isə zədə ucbatından mövsümü erkən bitirib.

Messi kimi, Edinson Kavani, Mauro İkardi, Kriştianu Ronaldo və Luis Suaresin də ehtiyatında 1 oyun var. Lakin onların Leoya çatmaları qeyri-mümkün görünür. Belə ki, argentinalının son turda fərqlənməməsi ilə yanaşı, Kavani və İkardi 6, Ronaldo ilə Suares isə 9 top vurmalıdı ki, ona çata bilsinlər.

Bunun reallaşması möcüzəyə bərabər sayıldığından, Messinin karyerası ərzində 5-ci dəfə “Qızıl buts”u qazanacağını indidən söyləmək olar. 2009–10 (34 qol), 2011–12 (50), 2012–13 (46) və 2016–17 (37) mövsümlərində də titula yiyələnən 31 yaşlı superulduz 4 dəfə “Qızıl buts” qazanan Kriştianu Ronaldonu geridə qoyaraq, bu baxımdan yeni rekorda imza atacaq.

Yer

Futbolçu

Klubu

Liqası

Qol

Əmsal

Xal

1

Lionel Messi

“Barselona”

İspaniya

34

2.0

68.0

2

Məhəmməd Salah

“Liverpul”

İngiltərə

32

2.0

64.0

3

Robert Levandovski

“Bavariya”

Almaniya

29

2.0

58.0

4

Harri Keyn

“Tottenhem”

İngiltərə

29

2.0

58.0

5

Çiro İmmobile

“Latsio”

İtaliya

29

2.0

58.0

6

Edinson Kavani

PSJ

Fransa

28

2.0

56.0

7

Mauro İkardi

“İnter”

İtaliya

28

2.0

56.0

8

Kriştianu Ronaldo

“Real”

İspaniya

25

2.0

50.0

9

Luis Suares

“Barselona”

İspaniya

25

2.0

50.0

10

Jonas

“Benfika”

Portuqaliya

33

1.5

49.5

Oxundu: 280

© 2018 - NSPSOLUTIONS