çərşənbə axşamı, 23 oktyabr 2018

Menu

çərşənbə axşamı, 23 oktyabr 2018

DÜNYA FUTBOLU

Fransada mövsümün ən yaxşıları açıqlanıb

14.05.2018 11:50

Fransanın PSJ klubunun hücumçusu Neymar 2017/2018 mövsümündə Liqa 1-in ən yaxşı futbolçusu seçilib.

Braziliyalı forvarda mükafatı həmyerlisi Ronaldo təqdim edib.

PSJ-ni tərk edəcəyi açıqlanan Unay Emeri mövsümün məşqçisi, “Marsel”dən Stiv Mandanda ən yaxşı qapıçı seçilib. Parislilərin forvardı Kilyan Mbape isə “Liqanın ümidi” mükafatını alıb.

Qeyd edək ki, Neymar ötən yay 222 milyon avro qarşılığında İspaniyanın “Barselona” klubundan PSJ-yə keçib.

26 yaşlı hücumçu Paris təmsilçisinin ölkə çempionu olduğu mövsümdə iyirmi matçda 19 qol vurub və 13 məhsuldar ötürmə verib. Oxu.az

Oxundu: 290

© 2018 - NSPSOLUTIONS