çərşənbə axşamı, 17 iyul 2018

Menu

çərşənbə axşamı, 17 iyul 2018

BIZIM FUTBOL

Azərbaycanlı hakim Belçika - İspaniya oyununa təyinat alıb

14.05.2018 14:35

Azərbaycanlı hakim Rza Məmmədov İngiltərədə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının final mərhələsində növbəti təyinat alıb. UEFA-nın saytının məlumatına görə, FİFA referisinin köməkçisi 1/4 final mərhələsində Belçika-İspaniya oyununda yan xətt hakimi funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi irlandiyalı Rob Harvey olacaq.

Qeyd edək ki, Belçika-İspaniya matçı bu gün Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Avropa çempionatının final mərhələsinə mayın 20-də yekun vurulacaq.(Report)

Oxundu: 137

© 2018 - NSPSOLUTIONS