çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Karlo Ançelotti İtaliya klubu ilə razılıq əldə edib

14.05.2018 19:25 Oxundu 1716

Tanınmış məşqçi Karlo Ançelotti İtaliyanın "Napoli" klubu ilkin razılıq əldə edib. "Calcionapoli24"ün məlumatına görə, İtaliya təmsilçisinin prezidenti Aurelio de Laurentis 59 yaşlı mütəxəssislə görüşüb və onu kluba rəhbərlik etməyə razı salıb.

Ançelotti bu həftə Neapol təmsilçisi ilə müqavilə imzalayacaq. O, bu postda Mauriçio Sarrini əvəzləyəcək.

Qeyd edək ki, "Napoli"nin hazırkı baş məşqçisi Mauriçio Sarri mövsümün sonunda komandanı tərk etməyə hazır olduğunu söyləyib. Komandanın İtaliya çempionatında bu mövsümü ikinci pillədə başa vuracağı dəqiqləşib.(Report)