cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Braziliyanın dünya çempionatı üçün heyəti açıqlandı - FOTO

15.05.2018 11:32 Oxundu 1570

Braziliya yığmasının baş məşqçisi Tite dünya çempionatına yollanacaq heyəti açıqlayıb.

Heyətə fevralda ciddi zədələnən mövsümün qalan hissəsini boşa verən Neymar da düşüb.

23 nəfərlik heyətdə PSJ-nin müdafiəçisi zədəli Dani Alves yoxdur. Mundialda iştirak edəcək braziliyalı futbolçular bunlardır:

Qapıçılar: Alison (“Roma”, İtaliya), Ederson (“Mançester Siti”, İngiltərə), Kasiu (“Korintians”);

Müdafiəçilər: Danilu (“Mançester Siti”, İngiltərə), Faqner (“Korintians”), Markinyus, Tyaqu Silva (hər ikisi PSJ, Fransa), Miranda (“İnter”, İtaliya), Marselu (“Real”, İspaniya), Pedru Jeromel (“Qremio”), Filipi Luis (“Atletiko”, İspaniya);

Yarımmüdafiəçilər: Kazemiru (“Real”, İspaniya), Paulinyu, Koutinyu (hər ikisi “Barselona”, İspaniya), Vilian (“Çelsi”, İngiltərə), Fernandinyu (“Mançester Siti”, İngiltərə), Renatu Auqustu (“Beycinq Sinobo Quoan”, Çin), Fred (“Şaxtyor”, Ukrayna);

Hücumçular: Neymar (PSJ, Fransa), Qabriel Jezuş (“Mançester Siti”, İngiltərə), Robertu Firminu (“Liverpul”, İngiltərə), Douqlas Kosta (“Yuventus”, İtaliya), Tayson (“Şaxtyor”, Ukrayna).

Qeyd edək ki, Braziliya yığması dünya çempionatında Kosta Rika, Serbiya və İsveçrə ilə bir qrupda yer alacaq. Bu milli dünya çempionatından əvvəl iyunun 3-də Xorvatiya və iyunun 10-da isə Avstriya ilə yoxlama matçı keçirəcək. Oxu.az