çərşənbə, 17 aprel 2024

BİZİM FUTBOL

Azərbaycan Premyer Liqasında çıxış edəcək klub baş məşqçisi ilə yollarını ayırıb

15.05.2018 13:27 Oxundu 1660

2018/2019 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Sabah” klubu əsas komandanın baş məşqçisi Arif Əsədovla yollarını ayırıb.

Klubdan verilən məlumata görə, 48 yaşlı mütəxəssislə əldə edilən qarşılıqlı razılığa əsasən, onunla müqavilənin müddətinin artırılmamasına qərar verilib.

Komandanın yeni baş məşqçisinin başa çatan mövsümdə I Divizionun qalibi olan “Xəzər”ə rəhbərlik edən Elşad Əhmədovun olacağı gözlənilir.