15.05.2018 16:43
2388
Almaniya Futbol İttifaqı milli komandanın baş məşqçisi Yoahim Löv ilə müqavilənin müddətini uzadıb.
58 yaşlı mütəxəssislə 2022-ci ilə qədər yeni sözləşmə imzalanıb.
Təcrübəli baş məşqçi ilə hazırkı müqavilə 2020-ci ilə kimi nəzərdə tutulub.
Qeyd edək ki, Yoahim Löv 2006-cı ildən Almaniya milli komandasına rəhbərlik edir.
O, yığmanın rəhbərliyi altında 2014-cü ildə dünya çempionu olub.