çərşənbə axşamı, 23 oktyabr 2018

Menu

çərşənbə axşamı, 23 oktyabr 2018

DÜNYA FUTBOLU

Dünya çempionatının ən yaşlı futbolçusu Rafael Markes

16.05.2018 10:39

Dünya çempionatının daha bir iştirakçısının heyəti müəyyənləşib. Meksika yığmasının ilkin heyəti açıqlanıb.

Belə ki, baş məşqçi Xuan Karlos Osorio 28 nəfərdən ibarət geniş heyət açıqlayıb. 40 yaşlı futbolçu Rafael Markes də dəvətlilər arasındadı.

Qapıçılar: Gilyermo Oçoa (“Standard”, Belçika), Xose de Xesus Korona (“Kruz Azul”), Alfredo Talavera (“Toluka”); Rafael Markes

Müdafiəçilər: Ektor Moreno (“Real Sosyedad”, İspaniya), Migel Layun (“Sevilya”, İspaniya), Dieqo Reyes (“Porto”, Portuqaliya), Uqo Ayala (UANL), Nestor Arauxo (“Santos Laquna”), Osvaldo Alanis (“Xetafe”, İspaniya), Xesus Qalyardo (UNAM), Karlos Salsedo (“Ayntraxt”, Almaniya), Edson Alvares (“Amerika”);

Yarımmüdafiəçilər: Andres Quardado (“Betis”, İspaniya), Marko Fabian (“Ayntraxt”, Almaniya), Ektor Errera (“Porto”, Portuqaliya), Rafael Markes (“Atlas”), Xesus Molina (“Monterrey”), Conatan dos Santos, Covani dos Santos (hər ikisi “Los-Anceles Qalaksi”, ABŞ), Erik Qutyerres (“Paçuka”);

Hücumçular: Xavyer Akvino (UANL), Xavyer Ernandes (“Vest Hem”, İngiltərə), Karlos Vela (“Los-Anceles”, ABŞ), Oribe Peralta (“Amerika”), Raul Ximenes (“Benfika”, Portuqaliya), Xesus Manuel Korona (“Porto”, Portuqaliya), İrvinq Lozano (PSV, Hollandiya), Yürgen Damm (UANL).

Qeyd edək ki, Meksika millisi dünya çempionatında F qrupunda Almaniya, Cənubi Koreya və İsveçlə qarşılaşacaq.(Apasport)

Oxundu: 324

© 2018 - NSPSOLUTIONS