Bazar ertəsi, 24 sentyabr 2018

Menu

Bazar ertəsi, 24 sentyabr 2018

MÜSAHIBƏ

"Beynəlxalq görüşlər ən xırda səhvləri belə bağışlamır" - Rəşad Sadıqov

17.05.2018 09:44

"Maraqlı görüş alındı. Yaxşı, sürətli oyun getdi. Hər iki komanda kombinasiyalı oyuna üstünlük verdi. Çoxlu qol epizodları oldu. Düşündüyüm çox şey meydanda alınırdı. Xırda səhvlərdən qələbəni əldən verdik, hətta məğlub olduq. Məğlubiyyət üzücüdür. Uduzmaq istəməzdik. Məncə, buna layiq deyildik".

Bunu Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Sadıqov evdə Gürcüstan yığmasına 1:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib. 36 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Komanda qol buraxdıqdan dərhal sonra daha bir qol buraxdı...

- Bu, həmişə olur. Komanda bir qol buraxdıqdan sonra konsentrasiya itir. Futbolda belə şeylər tez-tez baş verir.

- Ən çox nədən narazı qaldınız?

- Komanda yenidir. Ümumən razı qaldım. Narazı qaldığım məqam isə budur ki, beynəlxalq görüşlər ən xırda səhvləri belə bağışlamır.

- Bu gün limitsiz əvəzetmə var idi. Bu, kimin təşəbbüsü idi?

- Oyundan öncə bu barədə danışığımız oldu. Sonra ortaq qərara gəldik ki, əvəzetmə limitsiz olsun. Mən də çox oyunçuya şans verdim. Elə oyunçular meydana çıxdı ki, ilk dəfə millidə şans qazandılar. İlk oyundur, səhvlərin olması normaldır. Uduzmaq istəməzdik. Mənim də öz planlarım var idi.

- Ozancan Kökcüyə niyə ikinci hissədə şans verdiniz?

- Ozancanı tanıyıram. Buna görə start heyətində Kamran Əliyevə şans verdim.

- Bundan sonra planınız necədir: bu oyunçulardan hansılar U-21-ə cəlb olunacaqlar?

- Mayın 27-dək birgə olacağıq. Bundan sonra qərar verəcəyik ki, kimlər U-21-də olacaq, kim klubuna qayıdacaq. Bu gündən sonra hamı klubuna qayıdacaq. Növbəti turda komandalarında olacaqlar. Daha sonra isə yenidən yığmaya qayıdacaqlar.

- Rusiyaya səfərinizin səbəbi nə idi?

- Orada 2000, 1998, 1999-cu il təvəllüdlü futbolçular var. Onları izləmək istədim. Kamranın milliyə cəlb edilməsi barədə də söhbət oldu. Türkiyəyə və Ukraynaya da gedəcək, oradakı futbolçularımızla da maraqlanacağam. Elə oyunçular var ki, gəlmək istəmir, onlarla da danışacağam.

- Bu gün kimin oyunundan daha çox razı qaldınız?

- Ümumi götürsək, hamının oyunundan razı qaldım.

- Premyer Liqanın son turunda "Qəbələ” ilə matçda oynayacaqsınız?

- Bəli, həmin oyuna optimal heyətdə çıxacağıq.

- Riçard Almeydann komandadan ayrılması gündəmdədir. Bir kapitan kimi onun komandada qalması üçün danışa bilərsiniz?

- Ona çox ciddi təkliflər var. Bir-iki komandadan deyil. O özü belə, qərara gələ bilməyib. Müqavilə müddətinin sonuna kimi canla-başla mübarizə apardı. Yeni təklif var deyə, özünü zədədən qorumadı. Riçard mənim üçün dostdur. Onun oyununa baxanda həmişə həyəcanlanacağam. Çox istərdim ki, bundan sonra da uğurlu olsun.

- "Qarabağ”da gedənlər çoxdur. Komandanı yenidən qurmaq çətin olmayacaq?

- Əlbəttə, çətin olacaq. Bir neçə il idi ki, komanda bir yerdə oynayırdı, komplektləşmişdi. Bizim üçün ən çətin transfer dönəmi olacaq. Yaxşı futbolçu tapmaq çətindir. Bizə deyirlər ki, niyə güclü futbolçu transfer etmirsiniz? Gəlmirlər, vallah gəlmirlər. Baxırlar ki, çempionatda 8 komanda var. 4-5-i süni örtükdə oynayır, azarkeş sayı azdır. Bizi ehtiyat kimi 2-ci, 3-cü planda saxlayırlar ki, digərləri alınmasa, bura gəlsinlər. (Sportnet.az)

Oxundu: 651

© 2018 - NSPSOLUTIONS