cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

Bu turnirdə özümüzü yenidən diriltdik" - Dieqo Simeone

17.05.2018 11:57 Oxundu 1651

"Çox ağır mövsüm oldu. Avropa Liqasındakı qələbə bir tituldan daha artıqdır. Finalı uzaqdan izləmək məni məyus etdi. Bu qələbə bizim əzmkarlığımızın və intizamımızın göstəricisidir. Bu turnirdə özümüzü yenidən diriltdik və "Arsenal"la matçlarda bacarıqlarımızı göstərdik".

Bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Avropa Liqasının finalında "Marsel"ə 3:0 hesabı ilə qalib gələrək kuboku qazandıqları oyundan sonra deyib.

O bildirib ki, La Liqada ikinci pilləni təmin etmək üçün 1 xala ehtiyacları var: "Rəqiblərimizlə rəqabət apara biləcəyimizi göstərmək üçün bunu etməliyik. Fernando Tores bizim fəlsəfəmizi simvollaşdırır. O, komandada böyük miras qoyaraq tək edir. Ümid edirəm ki, bazar günü onunla layiqli şəkildə vidalaşacağıq".

D.Simeone Madrid klubundan ayrılacağı iddia edilən Antuan Qrizmann haqda da danışıb: "Qrizmann “Atletiko”da qalsa, daha da inkişaf edəcəyik. Ancaq gedəcəksə, qorxulu heç nə baş verməyəcək. O, burada çox ilini verib. “Atletiko” Qrizmannsız da inkişafını davam etdirəcək”. (Qol.az)