çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Avroliqanın final matçından sonra iğtişaş: 21 azarkeş saxlanıldı

17.05.2018 11:52 Oxundu 1807

Avropa Liqasının final matçından sonra insident baş verib.

Lionda keçirilən “Marsel” – “Atletiko” görüşünün ardından 21 azarkeş yerli polis tərəfindən saxlanılıb.

Azarkeşlərin əksəriyyəti arenanın içində və həndəvərində yaxalanıb. 7 nəfər pirotexniki vasitələrdən istifadəyə, 4 nəfər kobud davranışa, 4 nəfər iğtişaş törətməyə görə saxlanılıb. Azarkeşlərdən 2-si qaçmağa cəhd etsə də, stadionun mühafizəçiləri onları tutmağı bacarıb. Bundan əlavə, şəhərdə dalaşan 3 nəfər və silahla yaxalanan 1 azarkeş də bölməyə aparılıb.

Qeyd edək ki, Avropa Liqasının finalında “Atletiko” “Marsel”i 3:0 hesabı ilə məğlub edib.