çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Azərbaycan millisinin FİFA reytinqində mövqeyi dəyişməyib

17.05.2018 12:31 Oxundu 1736

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.

Azərbaycan milli komandasının mövqeyində dəyişiklik baş verməyib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda 245 xalla Sudanla birgə 126-cı yerdədir.

Yoldaşlıq görüşlərindəki rəqiblərdən 2 pillə irəliləyən Qazaxıstan 273 xalla 117-ci, mövqeyi dəyişməyən Qırğızıstan 424 xalla 75-ci, Latviya 217 xalla 139-cudur.

UEFA Millətlər Liqasındakı rəqiblərə gəldikdə, 1 pillə irəliləyən Farer adaları 364 xalla 93-cü, mövqeyi dəyişməyən Kosovo 164 xalla 152-ci, Malta isə 62 xalla 185-ci pillədədir.

Siyahının ilk 47 pilləsinə dəyişiklik baş verməyib. Almaniya 1533 xalla birinci, Braziliya 1384 xalla ikinci, Belçika 1346 xalla 3-cü, Türkiyə 714 xalla 37-cidir.