18.05.2018 09:41
1855
Kiprin “Anortosis” klubu Azərbaycan millisinin futbolçusu Araz Abdullayevlə yollarını ayırıb.
26 yaşlı yarımmüdafiəçi ilə icarə müqaviləsinin müddəti artırılmayıb. O, məxsus olduğu “Qəbələ” klubuna dönəcək.
Qeyd edək ki, Araz Abdullayev başa çatan mövsümdə “Anortosis”in heyətində 30 oyuna çıxıb və 3 qol vurmaqla yanaşı, eyni sayda məhsuldar ötürmə verib. Onun karyerasını “Neftçi”də davam etdirəcəyi gözlənilir. Report