şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

"Atletiko" Qrizmannı "Barselona"ya buraxmır - 25 milyonluq təklif

18.05.2018 16:41 Oxundu 1610

"Atletiko" "Barselona"ya keçidi gündəmdə olan Antuan Qrizmannı buraxmaq istəmir.

"Marca"nın yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçinin Kataloniya klubuna getməməsi üçün rəhbərlik ona yeni müqavilə təklif edib. Əgər Qrizmann "Atletiko"da qalmağa razılıq versə, yeni anlaşmaya əsasən, ildə 25 milyon avro qazanacaq. Ancaq futbolçunun hələlik təklifə cavab vermədiyi bildirilib.

Qeyd edək ki, hələ ötən ilin sonların "Barselona" ilə anlaşan futbolçunun 115 milyon avro qarşılığında yaxın müddətdə kataloniyalılara keçəcəyi söylənilir.(Qol.az)