çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Millimizlə oyun üçün 11 “Astana”lı

19.05.2018 09:10 Oxundu 1773

Yoldaşlıq oyununda Azərbaycanla qarşılaşacaq Qazaxıstanın heyəti tam olaraq açıqlanmasa da, artıq milliyə dəvət alan bəzi oyunçular bəllidir.

Baş məşqçi Stonimir Stoylov yığmamızla matça “Astana”dan 11 oyunçu dəvət edib.

Bu barədə paytaxt klubunun rəsmi saytı xəbər yayıb.

Qapıçılar: Nenad Eriç, Aleksandr Mokin

Müdafiəçilər: Sergey Malıy, Yuri Loqvinenko, Dmitri Şomko, Yevgeni Postinkov, Abzal Beysebekov

Yarımmüdafiəçilər: Serikjan Mujikov, Baxtiyar Zaynutdinov

Hücumçular: Roman Murtazayev, Aleksey Şotkin

Qeyd edək ki, sözügedən oyun iyunun 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Apasport