çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Mişel Platini 21 il sonra öz "hiyləsini" etiraf etdi

19.05.2018 12:15 Oxundu 1672

UEFA-ın sabiq prezidenti Mişel Platini 1998-ci il Fransada keçirilmiş futbol üzrə Dünya Çempionatının püşkatma mərhələsində "kiçik hiylə" işlətdiyini bildirib.

Həmin il UEFA təşkilat komitəsində işləmiş Platini Fransanın finalda Braziliya ilə qarşılaşaraq 3-0 hesabı ilə qalib gəldiyi final matçının təsadüfi olmadığını bildirib. O, Fransanın radio kanallarının birinə verdiyi müsahibə zamanı belə deyib: “Biz oyun cədvəlini hazırlayan zaman kiçik bir hiylə işlətdik. O vaxt üçün Braziliya-Fransa finalı hər kəsin arzusu idi. Braziliya və Fransa qrupu ilk pillədə başa vurduqlarından hər iki milli komanda finala qədər qarşılaşa bilməzdi”.

Qeyd edək ki, Blatter və Platini 2015-ci ildə korrupsiyaya yol verdiyi üçün 1.3 milyon funt-sterlinq məbləğində cərimə olunub. Platiniyə 8 il müddətinə futbolla əlaqəli istənilən fəaliyyətlə məşğul olmağa qadağa qoyulub. Daha sonra apellyasiya şikayəti əsasında bu cəza 4 ilə endirilib. 62 yaşlı keçmiş Platini günahsız olduğunu deyir. O, yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində ifadə verib. Modern.az