çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Azərbaycanlı futbolçu tanınmamış ölkənin çempionu oldu - FOTO

21.05.2018 11:48 Oxundu 1588

Azərbaycanlı futbolçu Amit Quluzadə “Drita” komandasının heyətində Kosovo çempionu olub.

“Drita” buna son turda əsas rəqibi “Priştina” ilə səfər matçında qeydə alınan heç-heçə sayəsində nail olub.

Qol vurulmayan görüşdə meydan sahiblərinin iki futbolçusu qırmızı vərəqə alıb.

Bu heç-heçədən sonra xallarını 67-yə çatdıran “Drita” “Priştina”nı üç xal geridə qoyub və ardıcıl 29 matçda uduzmayaraq, rekord müəyyənləşdirib.

Quluzadənin komandası 2018/2019 mövsümündə Kosovonu Çempionlar Liqasında təmsil edəcək. Həmin turnirdə ölkəmiz adından “Qarabağ” mübarizə aparacaq.

Amit Guluzadeh adlı şəxsin şəkli.

Qeyd edək ki, Amit Quluzadə qış mövsümündən etibarən Kosovoda oynayır. Kosovonun müstəqilliyi isə Azərbaycan tərəfindən hələ də tanınmayıb. Oxu.az