çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

"Qarabağ" klubunun sabiq hücumçusu ABŞ-da Maradonasayağı qol vurub - VİDEO

21.05.2018 12:55 Oxundu 1797

"Qarabağ" klubunun sabiq futbolçusu Samuel Armenteros ABŞ-ın "Portlend Timbers" komandasında Maradonasayağı qola imza atıb.

28 yaşlı hücumçu "Los Anceles"lə matçın 81-ci dəqiqəsində fərqlənməklə komandasına qələbə qazandırıb. İsveçli forvard topu meydanın özlərinə aid hissəsindən götürərək rəqib qapısına doğru irəliləyib və hücumu məhsuldar sonluqla yekunlaşdırıb. Buna bənzər qolu 1986-cı il dünya çempionatının 1/4 final matçında Argentina millisinin hücumçusu Dieqo Maradona İngiltərə yığmasının qapısına vurub. Lakin Maradona həmin vaxt rəqibin futbolçularını keçərək, hücumu qolla tamamlayıbsa, Armenteros uzun reyddən sonra fərqlənib.

Qeyd edək ki, qarşılaşma "Los Anceles"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Samuel Armenteros "Qarabağ"da 2015-2016 mövsümündə çıxış edib. (Report)

Qarabağ