çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Ulduz futbolçu milli karyerasını başa vurdu

21.05.2018 18:10 Oxundu 1346

“Roma”nın futbolçusu Raca Nainqqolan beynəlxalq karyerasını başa vurub. O, Belçikanın DÇ-2018 üçün açıqlanan heyətində yer almadığı üçün belə bir qərar qəbul edib. Belə ki, yığmanın baş məşqçisi Roberto Martinez 27 futbolçunun xidmətinə ehtiyac duyub. Həmin siyahıda yarımmüdafiəçinin adına rast gəlinməyib.

O, baş məşqçinin bu qərarından sonra bir daha milli formasını geyinməyəcəyini bəyan edib.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2009-cu ildən millidə çıxış edirdi. (Qafqazinfo)