çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Məhəmməd Salah üçün oruc fətvası

22.05.2018 15:25 Oxundu 1416

Çempionlar Liqasının finalında meydana çıxacaq Məhəmməd Salah üçün oruc fətvası gəlib.

Goal.az xəbər verir ki, misirli din xadimi Yaser Burhami həmyerlisinin orucu qəza etməsini düzgün hesab etməyib.

"Quranda futbolçuların oruca görə üzrlü tutulacağına dair ayə yoxdur. İdman ağır işlərdən hesab edilmir" - Burhami deyib.

Mayın 26-sı Kiyevdə keçiriləcək Real - Liverpool qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Kiyev vaxtı ilə iftar oyundan cəmi 30 dəqiqə əvvələ düşür.