çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Kannavaro və digər məşhur futbolçular “Kamorra” mafiyası ilə əlaqədə şübhəli bilinirlər

22.05.2018 17:48 Oxundu 1287

İtaliyanın “Napoli” futbol klubunun keçmiş oyunçuları “Kamorra” mafiyası ilə əlaqələrdə şübhəli bilinib.

Prokurorluq ispaniyalı qapıçı, dünya və Avropa çempionu Pepe Reyna, eləcə də Paolo Kannavaro ilə Salvatore Aronikanın “Kamorra” üzvləri ilə bir neçə dəfə görüşdüyünü müəyyən edib.

Qeyd olunur ki, futbolçular həmin şəxslərə matç biletləri də təklif edib.

“Kamorra” Neapolda fəaliyyət göstərən İtaliyanın ən iri mafiya təşkilatlarından biridir. Trend