çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

"Yuventus"un transfer siyahısındə kimlər var?

22.05.2018 19:01 Oxundu 1590

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandasının yay "transfer pəncərəsi" üçün əsas hədəflərini müəyyənləşdirib.

Apasport.az saytının "Tuttosport"a istinadən məlumatına görə, italiyalı mütəxəssis rəhbərlikdən "Latsio"nun xavbeki Sergey Milinkoviç-Saviçin alınmasını istəyib. Əgər serbiyalı futbolçunun transferi baş tutmasa, Alleqri Pol Poqbanın geri qayıtması variantı üzərində dayanacaq.

Avropa nəhənglərinin yaxından izlədiyi Sergey Milinkoviç-Saviç uğrunda gedən mübarizədən "Yuventus"un qalib ayrılması çətin görünür. "Latsio" 23 yaşlı oyunçunun qarşılığında 80-100 milyon avro arası məbləğ tələb edir.

"Yuventus" həmçinin Adrien Rabyo (PSJ), Lorentso Pelleqrini ("Roma") və Mateo Kovaçiçi ("Real") də yaxından izləyir.