çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Ulduz futbolçu Kəbəni ziyarət etdi - VİDEO

22.05.2018 19:30 Oxundu 1777

“Mançester Yunayted” və Fransa millisinin ulduzu Pol Poqba Ümrə ziyarəti edib.

25 yaşlı yarımmüdafiəçi Kəbənin ətrafında çəkdiyi videonu İnstaqram hesabında paylaşıb.

Poqba videoda bu sözləri söyləyib:

“Bura gələnlər necə hiss olduğunu anlaya bilərlər. Buranı görməmisinizsə, bir gün mütləq gəlin. Möhtəşəm yerdir. Duyğularımı sizə anlada bilmirəm. İnşallah, bura gələrsiniz”.

Poqbanın paylaşımı 3,8 milyondan çox izlənilib və 40 mindən çox şərh yazılıb. Qafqazinfo

video