çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Kiyevdə finaldan öncə əfsanələr meydana çıxacaq - SİYAHI

23.05.2018 11:01 Oxundu 1527

Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək UEFA Çempionlar Liqasının finalından öncə əfsanələr meydana çıxacaq.

İlk dəfə belə bir turnirdə iki yox, dörd komanda mübarizə aparacaq.

Belə ki, finalçılar – “Real” və “Liverpul”un əfsanələrindən başqa, turnirdə finalın səfiri olan Andrey Şevçenkonun dostları və Çempionlar Liqasının əfsanələri komandası yarışacaq.

Şevçenkonun komandasında Ukraynanın qadın millisinin futbolçusu İya Andruşak, eləcə də, F2 Fristayl oyunçuları – ingilis Bili Uinqrovla yamaykalı Ceremi Linç də olacaq.

Fan Zona meydançasında keçiriləcək görüşlərdə hər komandanın tərkibində beş futbolçu olacaq. Hər hissəsi 15 dəqiqə keçiriləcək görüşlərdə aşağıdakı əfsanələr mübarizə aparacaq:

“Real” Əfsanələri: Yeji Dudek, Miçel Salqado, Alvaro Arbeloa, Roberto Karlos, Luiş Fiqu, Kristian Karenbö, Klod Makelele, Esteban Kambiasso, Predraq Miyatoviç, Davor Şuker (Baş məşqçi: Emilio Butraqenyo)

“Liverpul” Əfsanələri: Deyvid Ceyms, Vladimir Şmitser, Patrik Berqer, Stiv Makmanaman, Ceyson Makatir, Luis Qarsia, Robi Fauler (Baş məşqçi: Yan Raş)

Şevçenko və dostları: Aleksandr Şovkovski, Yevgeni Levçenko, İya Andruşak, Klerens Seedorf, Sergey Rebrov, Andrey Şevçenko, Bili Uinqrov, Ceremi Linç (Məşqçilər: Vladimir və Vitali Kliçko)

UEFA Çempionlar Liqası Əfsanələri: Vitor Baya, Juze Bozinqva, Marsel Desayi, Marko Materatsi, Aleks Skot, Deko, Qaiska Mendieta, Selia Şaşiç, Henrik Laşon, Adidas Gənc Çempionları oyunçusu (Baş məşqçi: Ruud Qulit).

Qeyd edək ki, bu görüşlər finaldan bir gün əvvəl – 25 may, yerli vaxtla saat 16:00-20:00 aralığında keçiriləcək.