çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Konte "Çelsi"dən getmək istəmir

23.05.2018 16:33 Oxundu 1406

"Çelsi"nin baş məşqçisi Antonio Konte London klubunu tərk etmək niyyətində deyil.

İtaliyalı mütəxxəsisin İngiltərə təmsilçisi ilə müqaviləni vaxtından əvvəl pozmaq istəmədiyi bildirilib.

Qeyd edək ki, A.Kontenin "Çelsi" ilə müqaviləsi gələn ilin iyununda başa çatır. London klubu onu istefaya göndərəcəyi təqdirdə, 9 milyon funt sterlinq təzminat ödəyəcək.

Əlavə edək ki, "Çelsi"nin yaxın günlərdə baş məşqçisi ilə bağlı yekun qərar verəcəyi gözlənilir. Qol.az