çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

“Qarabağ”ın futbolçusu karyerasını İtaliya A Seriyasında davam etdirə bilər

24.05.2018 09:28 Oxundu 1640

“Qarabağ” klubunun futbolçusu Donald Gerrye karyerasını İtaliyada davam etdirə bilər. Bu barədə 29 yaşlı yarımmüdafiəçinin özü “Haitisporttotal” portalına bildirib. Haiti yığmasının üzvünün xidmətində İtaliya A Seriyasının adı açıqlanmayan klubu maraqlıdır.

“Avropanın Top-5 liqalarından birində oynaya biləcəyimlə fəxr edirəm”, - deyə Gerrye vurğulayıb.

Qeyd edək ki, Donald Gerrye ötən yay “Qarabağ”la iki illik müqavilə bağlayıb. O, Ağdam komandasında 34 oyuna 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub. (Report)