çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Məhşur futbolçu 9 milyon avro cərimələndi

24.05.2018 10:32 Oxundu 1634

Fransanın “Monako” klubunun futbolçusu Radamel Falkao 9 milyon avro cərimələnib. “Marca” xəbər verir ki, bu barədə İspaniya məhkəməsi qərar çıxarıb. Üstəlik, 32 yaşlı forvard 16 ay müddətinə azadlıqdan mərhum edilib. Lakin bu cəza İspaniyada 2 il müddətinə yaşayan şəxslərə şamil edildiyindən, kolumbiyalı hücumçu yalnız təyin edilən cəriməni ödəməlidir.

Qeyd edək ki, Radamel Falkao 2011 – 2013-cü illərdə “Atletiko”da çıxış edib. O, gəlirləri ilə bağlı yalan məlumat verməkdə və 5 milyon avro həcmində maliyyə maxinasiyasına görə ittiham olunurdu.(Report)