çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

İnyestanın yeni klubu məlum oldu

24.05.2018 10:34 Oxundu 1727

“Barselona”nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta karyerasını Yaponiyada davam etdirəcəyini təsdiqləyib. Bu barədə TASS məlumat yayıb.

“Dostumla yeni evimə uçuram”, - deyə İnyesta sosial şəbəkəyə yerləşdirdiyi “Vissel Kobe” klubunun idarə heyətinin sədri ilə çəkdirdiyi fotonun təsvirində yazıb.

Cari mövsümdə İnyesta 43 matç keçirib, iki qol vurub və dörd qol ötürməsi verib.

Bundan əvvəl İnyesta karyerasını Çin və ya Yaponiya çempionatında davam etdirəcəyini bildirmişdi.(Oxu.az)