çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Dünyanın ən bahalı futbol klubu bəlli oldu

24.05.2018 15:20 Oxundu 1780

İngiltərə təmsilçisi “Mançester Yunayted” dünyanın ən bahalı futbol klubudur. Bu barədə beynəlxalq audit təşkilatı olan KPMG-nin hesabatında bildirilir. Mançester klubunun aktivləri 3,25 milyard avro təşkil edir. “Qırmızı şeytanlar” 2015/2016 və 2016/2017 mövsümlərinin yekunlarına əsasən, bazar kapitallaşması səviyyəsinə görə 32 klubun yer aldığı siyahıda birinci yerdədir.

Sıralamada növbəti iki yeri İspaniya klubları tutur. “Real Madrid” 2,92 milyard avro ilə ikinci, “Barselona” isə 2,78 milyard avro ilə üçüncüdür.

Ən bahalı klubların siyahısına Almaniyanın “Bavariya” (2,55 milyard avro) və İngiltərənin “Mançester Siti” (2,16 milyard avro) klubları da düşüb.(Report)