çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

"Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı - SİYAHI

24.05.2018 16:35 Oxundu 1713

"Qarabağ" klubu 9 futbolçu ilə yollarını ayırıb. Klubun rəsmi saytının məlumatına görə, İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirovun müqavilə, Pedro Enrike və Ramil Şeydayevin icarə müddəti başa çatıb.

Klub göstərdikləri xidmətlər qarşılığında bu futbolçulara təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.(Report)