çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Gerrye: "Komandadan gedəcəyim həqiqətə uyğun deyil"

25.05.2018 10:07 Oxundu 1566

Haiti milli komandasının futbolçusu Donald Gerrye "Qarabağ" klubundan ayrılacağı barədə xəbərlərə münasibət bildirib. 29 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram"ında belə bir müsahibə vermədiyini bəyan edib. O, Ağdam komandası ilə daha bir il müqaviləsinin olduğunu xatırladıb: "Yəni, komandadan gedəcəyim həqiqətə uyğun deyil".

Qeyd edək ki, Donald Gerrye ötən gün “Haitisporttotal” portalına açıqlamasında onunla İtaliya A Seriyasının adı açıqlanmayan klubunun maraqlandığını bildirib. Gerrye Avropanın Top-5 liqalarından birində oynaya biləcəyi ilə qürur duyduğunu vurğulayıb. O, ötən yay 2 illik müqavilə bağladığı "Qarabağ"ın heyətində 34 oyuna 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub. (Report)