çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

“PSJ ilə danışıqlar uğurlu alınır” - Buffonun agenti

25.05.2018 16:06 Oxundu 1559

“Yuventus”un sabiq qolkiperi Canluici Buffon PSJ-yə keçməyə yaxındı.

Apasport.az saytının “Le Parisien”ə istinadən məlumatına görə, italiyalı qapıçının meneceri Silvano Martina danışıqların gedişatı ilə bağlı fikirlərini bölüşüb.

“Hələlik fransız klubu ilə danışıqlar çox uğurlu alınır. Buffon növbəti mövsümü PSJ-nin heyətində keçirsə, yəqin ki, hamı bundan məmnun qalar” - deyə, agent bildirib.

PSJ-nin Buffona 4 illik müqavilə təklif etdiyi yazılır. Razılıq əldə olunsa, Cici ilinə 8 milyon avro qazanacaq.