çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

“Qarabağ”ın Çempionlar Liqası hazırlığı müəyyənləşdi - 4 oyun

25.05.2018 17:30 Oxundu 1690

Topaz Premyer Liqasının son qalibi “Qarabağ” Çempionlar Liqasına hazırlıq məqsədi ilə Avstriyaya gedəcək.

Bu haqda Qol.az-a klubun baş meneceri Asif Əsgərov məlumat verib. Avstriyadakı hazırlıq prosesi zamanı Ağdam təmsilçisi 4 yoxlama oyunu keçirməyi nəzərdə tutur. Hazırda bununla bağlı danışıqlar gedir.

A.Əsgərov bildirib ki, kollektiv iyunun 13-də Bakıda bir araya gələcək. Burada bir həftəlik hazırlıqdan sonra – iyunun 20-də “Qarabağ” Avstriyaya gedəcək. Təlim-məşq toplanışı Tirol şəhəri yaxınlığındakı Kössen qəsəbəsində olacaq.

“Qarabağ”ın orada hansı müddətə qalacağı Çempionlar Liqasının püşkünün nəticəsindən asılı olacaq. Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu ilk oyunu evdə keçirəcəyi halda, iyulun 5-də Bakıya dönəcək. İlk görüş səfərdə olsa, komanda Avstriyadan birbaşa qarşılaşacağı rəqibin ölkəsinə üz tutacaq.