çərşənbə axşamı, 19 mart 2024

DİGƏR NÖVLƏR

23 yaşadək cüdoçular arasında keçirilən Bakı birinciliyində ilk günün qalibləri məlum olub

26.05.2018 12:49 Oxundu 2959

"Sərhədçi" Olimpiya İdman Kompleksində 23 yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər açıq birinciliyində ilk günün qalibləri məlum olub. Oğlanların mübarizəsində Rəşad Baxşəliyev (60 kq) və Rəşid Məmmədəliyev (66 kq) qızıl medal qazanıb.

Qızlar arasında isə Şəfəq Həmidova (48 kq), Elvira Əsgərova (52 kq), Zəhra Mehdiyeva (57 kq), Cəmalə Muqumova (63 kq), Günel Həsənli (70 kq), Nərmin Əmirli (78 kq), Aytəkin Paşazadə (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qalib və mükafatçılara Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları verilib. Paytaxt birinciliyinin ilk günü 60 illik yubileyini qeyd edən beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmliyə Azərbaycan Cüdo Federasiyasının xüsusi hədiyyəsi təqdim olunub.(Report)