çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Salah final matçı günü oruc tutacaq?

26.05.2018 13:12 Oxundu 1731

“Liverpul”un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının final oyunundan əvvəl oruc tutmur. Cempion.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu klubun fizioterapevti Ruben Pons deyib. O bildirib: “Marbeldə toplanışda olanda Salah oruc tuturdu. Laki cümə günü oyundan əvvəl və matç günü o bunu etməyəcək, buna görə oruc ona təsir etməyəcək”. Misirli futbolçu əvvəlcə oruc tutmağı planlaşdırırdı, lakin sonradan istisna edib. Bununla belə, M. Salah final matçından sonra oruc tutmağa davam edəcək.