cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"Qalatasaray" klubu isveçrəli futbolçunu transfer etmək istəyir

26.05.2018 13:44 Oxundu 1585

Türkiyənin "Qalatasaray" klubu İngiltərənin "Stok Siti" komandasında çıxış edən Cerdan Şakirini transfer etmək niyyətindədir. Türkiyə mətbuatının məlumatına görə, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim növbəti mövsüm Çempionlar Liqasında yaxşı nəticə göstərmək üçün bu futbolçunu istəyib.

Klub rəhbərliyi danışıqlar üçün 27 yaşlı isveçrəli hücumçunun qardaşı Erdin Şakirini İstanbula dəvət edib.

Qeyd edək ki, "Stok Siti" klubu İngiltərə Premyer Liqasını tərk edib. Futbolçu da aşağı liqada oynamaq istəmədiyindən komandadan ayrılmağı planlaşdırır. (Report)