çərşənbə axşamı, 19 mart 2024

DİGƏR NÖVLƏR

Kamil Nəbiyev və Murad Əliyev fəxri kürsünün ən yüksək pilləsində

26.05.2018 16:02 Oxundu 3704

Mayın 25-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ikinci yarış gününə start verilib. Körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan oğlanlar arasında 62 və 69 kq çəki dərəcəsdə mübarizə aparan atletlər çıxıblar.

62 kq çəki dərəcəsində toplam 178 kq (78+100) nticə ilə Kamil Nəbiyev layiq görülüb. Gümüş medala 175 kq (75+100) nəticə ilə Nurlan Məmmədzadə, bürünc medala isə 162 kq (72+90) nəticə ilə Sənan Sahibov sahib çıxıb.

69 kq çəki dərəcəsində toplam 216 kq (101+115) nəticə ilə Murad Əliyev layiq görülüb. Gümüş medala 190 kq (90+100) nəticə ilə Səlimxan Mürşüdov, bürünc medala isə 163 kq (70+93) nəticə ilə Canəli Əsədov sahib çıxıb.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

62 kq

N Ad İl Şəhər/rayon Klub/Cəmiyyət Çəkisi Birdən Təkanla Toplam
1. Nəbiyev Kamil 2003 Bakı Spartak 57.8 78 100 178
2. Məmmədzadə Nurlan 2004 Qazax Zirvə 56.5 75 100 175
3. Sahibov Sənan 2004 Qobustan Zirvə 57.6 72 90 162
4. Məlikov Soltan 2004 Neftçala Zirvə 57.40 73 88 161
5. Əkbərov İsmayıl 2004 Neftçala Zirvə 56.9 50 55 105
6. Hüseynov Zaur 2004 Qazax UGİM 62.0 70
7. Həsənov İlşad 2003 Neftçala Zirvə 57.9 0

69 kq

N Ad İl Şəhər/rayon Klub/Cəmiyyət Çəkisi Birdən Təkanla Toplam
1. Əliyev Murad 2003 Sumqayıt Zirvə 63.6 101 115 216
2. Mürşüdov Səlimxan 2003 Qobustan Zirvə 68.8 90 100 190
3. Əsədov Canəli 2003 Qobustan UGİM 68.8 70 93 163
4. Hacıyev Həsən 2003 Sumqayıt Zirvə 63.6 61 75 136
5. Məmmədov Nəcəf 2004 Qazax UGİM 65.1 40 40 80
6. Kazımlı Elcan 2004 Qazax UGİM 66.9 30 35 65
7. Məmmədov Nazim 2003 Bakı Təhsil 66.6 50