çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

“Real” - “Liverpul” matçından öncə bomba həyəcanı - 5 stansiya boşaldıldı

26.05.2018 18:43 Oxundu 1680

Bu gün Çempionlar Liqasının finalının keçiriləcəyi Kiyevdə mat öncə həyəcanlı dəqiqələr yaşanır. NTV-nin xəbərinə görə, matçın keçiriləcəyi Olimpiya stadionunun yaxınlığına bomba qoyulması barədə polisə məlumat daxil olub.

Dərhal ərazi nəzarətə götürülüb və axtarışlar aparılıb. Təhlükəsizliyi təmin etmək məqsədilə əraziyə yaxın yerləşən “Dnepr”, “Hidropark”, “Levoberejnaya”, “Arsenalnaya” və “Geroev Dnepra” metro stansiyaları isə boşaldılıb.

Axtarışlar nəticəsində heç bir təhlükəli əşya tapılmayıb. Məlumatın yalan olduğu dəqiqləşdirildikdən sonra stansiyalar yenidən fəaliyyətə başlayıb.

Qeyd edək ki, final matçı öncə Kiyevin mərkəzindəki bir çox küçə nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılıb.(Qafqazinfo)